Yeni qanun layihələri təsdiqlənib
28.04.2015 678 0
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında yeni qanun layihələri ikinci oxunuşda qəbul olunub.
Məlumata görə, bunlar "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" və "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihələridir.
"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun bələdiyyə orqanlarında işləyənlərin vəzifə strukturlarını müəyyənləşdirir. “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi isə kənd təsərrüfatı sahəsində çalışanlar arasında məlumat-informasiya mübadiləsini tənzimləyir.
Hər iki layihə səsə qoyularaq, qəbul olunub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər