Türkiyədə noyabrın 1-də keçirilən növbədən kənar parlament seçkisindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə ilə çıxmasından sonra nazirlər kabinetində də islahatlar aparılacağı gözlənilir. Hökumət mənbələrinə istinadən verilən məlumata görə, yeni islahatla Türkiyədə nazirlik sayının 22-dən 27-yə çıxacağı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Nazirliyi və Turizm Nazirliyi kimi; həmçinin Ətraf Mühit və Şəhərsalma nazirliyinin Ətraf Mühit Nazirliyi və Şəhərsalmna Nazirliyi kimi ayrıca nazirliklər olacağı bilduirilir.
Habelə Gömrük və Ticarət Nazirliyi, Nəqliyyat Dənizçilik və Komunikasiya Nazirliyi, Meşə və Su Melioasiyası Nazirliyi, Enerji və Təbii sərvətlər Nazirliklərinin də quruluşunda dəyişikliklər olacağı gözlənilir.
Türkiyədə; Baş Nazirlik, Ədliyyə, Ailə və Sosial Siyasətlər, Avropa Şurası, Əmək və Sosial Təminat, Ətraf Mühit və Şəhərsalma, Xarici İşlər, İqtisadiyyat, Enerji və Təbii Sərvətlər, Gənclik və İdman, Ərzaqq və Kənd Təsərrüfatı, Gömrük və Ticarət, Daxili İşlər, İnkişaf, Mədəniyyət və Turizm, Maliyyə, Milli Təhsil, Milli Müdafiə, Meşə və Su Meliorasiyası, Səhiyyə, Elm Sənaye və Texnologiya və Nəqliyyat Dənizçilik və kommunikasiya nazirlikləri olmaqla 22 nazirlik var. /anspress/