Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli,Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
İndira Hacıyeva Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışmışdır.
2000 - 2001 illərdə Bakı şəhər İcra Hakimiyyəti, İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı, 01.09.2001-24.10.2003-ü illər ərzində Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olmuşdur.
01.01.2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi olub.//Unikal