Yeni NATO-Rusiya gərginliyi
11.04.2015 682 0.0 0

NATO tərəfdaş ölkələri nümayəndə heyətlərinin sayını 30 nəfərədək azaltmağa qərar verib.

Məlumata görə, təşkilatın nümayəndəsi bildirib ki, bu təlimat bütün tərəfdaş ölkələrə tətbiq edilir. NATO heç bir ölkə üçün seçim etmir və nümayəndə heyətlərinin yenidən akkreditasiyasına başlanılacaq.

NATO-da bu tələbi tərəfdaşların artan sayı və münasibətlərə nəzarət etmək üçün problemlərin çoxalması ilə əlaqələndiriblər. Nümayəndə heyətləri 2015-ci ilin sonunafək ştat cədvəlini azaltmalıdır.

Rusiya Xarici İşlər Nazirliyindən NATO-nun bu qərarına reaksiya gecikməyib. XİN rəhbərinin müavini Aleksey Meşkov bunu "qəribə hal" adlandırıb: "Bundan soyuq müharibə dövrünün güclü qoxusu gəlir".

Xatırladaq ki, Rusiyanın NATO-dakı 50 nəfərlik heyətin 30-dək azaldılmasına qərar verilib. Buna səbəb guya Rusiya nümayəndə heyətində kəşfiyyat orqanları əməkdaşlarının işləməsi göstərilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar