Yeni naməlum ölümcül virus aşkar edildi
02.07.2019 470 0
Boliviyada naməlum ölümcül virus aşkar olunub.
Məlumata görə, infeksiya nəticəsində bir qadın həlak olub. Bundan başqa, iki həkim də bu virusa yoluxub və xəstəxanaya yerləşdirilib.
Bu virusa yoluxanlar titrətmə, baş ağrısı və qarın ağrısı ilə bağlı şikayət edirlər.
Həkimlər yoluxan şəxslərlə təmasda olmuş daha 3 nəfəri nəzarət altına alıb.
Boliviyanın səhiyyə naziri bildirib ki, virusun tədqiq olunması üçün xarici mütəxəssislər dəvət edilib./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər