Yeni Müsavat- Anar Məmmədovdan üzr istədi
25.02.2015 1067 0.0 0

“Yeni Müsavat” qəzeti Azərbaycanın iş adamı, “Garant Holding” şirkətlər qrupunun təsisçisi, Azərbaycan Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov haqqında yazdığı yanlış məlumatlara görə təkziblə çıxış edərək, ondan üzr istəyib.
 

Aşağıda  “Yeni Müsavatın” bugünkü sayında dərc olunmuş təkzib məlumatını təqdim edirik.

“Yeni Müsavat” qəzetinin 3 iyul 2010-cu il tarixli N168 (4484) saylı sayında “Azadlıq” qəzetinə istinadən “Fövqəlnazirlə nazir oğlu arasında ayı kababı söhbəti” başlığı, “Anar Məmmədov Kəmaləddin Heydərovun restoranındakı əyripəncəni 1 milyon manata kəsdirib kabab bişirtdirib”, “Yeni Müsavat” qəzetinin 21 iyul 2010-cu il tarixli N186 (4502) saylı sayında heç bir mənbəyə istinad etmədən “Prezident Ziya Məmmədovu danlayıb” başlığı və “Anar Məmmədovun ayı kababı yeməsinin və yaxta avtoşluğunun hesabı atasına ödətdirilir”; “Yeni Müsavat” qəzetinin 05 avqust 2010-cu il tarixli N201 (4517) saylı sayında heç bir mənbəyə istinadən “Anar Məmmədov ayını kimlərlə yeyib” başlığı və “Ölkəyə səs salan məclisdə Cavid Qurbanovla Arif Əsgərovun oğulları da olub”; “Məmur balalarının macərasının videosu ölkə rəhbərliyinə təqdim edilib”; “Yeni Müsavat” qəzetinin 14 sentyabr 2010-cu il tarixli N239 (4555) nömrəli sayında “Turan” informasiya agentliyinə istinadən “Şeyx Anar Məmmədovu Dubaydan qovub” başlığı və “Azərbaycanlı kişilərin Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışı səbəb olub”, “Bürc Xələfdə müdhiş dava”; “Yeni Müsavat” qəzetinin 15 sentyabr 2010-cu il tarixli N240 (4556) sayında “Turan” informasiya agentliyinə istinadən “Anar Məmmədovun yaratdığı beynəlxalq qalmaqala reaksiya verilmir” başlığı və “Nəqliyyat nazirinin oğlunun ərköyünlükləri artıq dövlətə də problem yaradıb”; “Yeni Müsavat” qəzetinin 20 iyun 2011-ci il tarixli N161 (4820) nömrəli sayında “Nazir oğlunun bahalı avtomobili ölkəyə buraxılmadı” başlığı və “1 milyon dollarlıq maşından dünyada cəmi üçcədənədir” adlı məqalələrdə Anar Ziya oğlu Məmmədovla bağlı bir sıra məlumatlar yayılmışdır.

“Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası Məhkəmələrinin qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına görə üzr istəyir”, - deyə, təkzib yazısında bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar