Insan Hüquqları və Maarifçilik İctimai Birliyi yeni layihəyə başlayır
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönəlik tədbirlərin təşkili” layihəsinin icrasına başlayır. Təşkilatdan verilən məlumata görə, layihə bələdiyyə-QHT əməkdaşlığının praktik partnyorluğuna nail olmaq, eləcə də bunun nəticəsində əhalini narahat edən ictimai problemlərin həlli üçün birgə əməkdaşlığın gücləndiriməsi məqsədi daşıyır. Layihə çərçivəsində ictimai problemlərin həllində bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə bu problemlərin həllinə yönəlikictimai müzakirələrin t əşkili və əhalinin maarifləndirilməsində müştərək iştirakın tətbiqidir. Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihə üçün pilot kimi seçilən regionlarda - Sumqayıt, Quba, Xaçmazda korrupsiya və rüşvət, eyni zamanda dini radikalizm, ictimai davranış qaydalarının oturuşması kimi aktual problemlərin həllində bələdiyyələrlə QHT-lərin birgə fəaliyyətinin təşkil olunmasıdır. QHT-lərin bələdiyyələr, bələdiyyələrin QHT-lərin imkanlarından yararlanaraq, ictimai problemə çevrilən 2 istiqamətdə - korrupsiya və rüşvətlə mübarizədə vətəndaş fəallığının artırılması, yerli əhalinin, xüsusən gənclərin dini radikalizmə yuvarlanmasının qarşısının alınması təbliği ilə bağlı maarifləndirmənin təşkilidir.Layihə 3 ay müddətinə həyata keçiriləcək. Regionlarda təşkil edilən ictimai müzakirələrdənbaşqa “Facebook” sosial şəbəkəsində aktiv fəaliyyət təşkil olunacaq. Bunun üçün təşkilatın
fəaliyyət göstərən “Açıq Hökumət” qrupunda layihənin əsas hədəfləri və məqsədləri ilə bağlı ictimai müzakirələr təşkil ediləcəkdir.