Bu gecə dünyasını dəyişən Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləziz əs Səudun yerinə təyin edilən 79 yaşlı vəliəhd şahzadə Salman ibn Əbdüləziz xalqına müraciət ünvanlayıb.
Səlman, Ərəb xalqı və İslam ümmətinin hal-hazırda ən çox birlik və bərabərliyə möhtac olduğunu vurğulayaraq, "Allahın risalət mərkəzi etdiyi və müsəlmanların qibləsiylə şərəfləndirdiyi torpaqlarda, səfləri sıxlaşdırmaq, birlik və bərabərliyi qorumaq, ümmətimizin davalarını müdafiə etmə mövzusunda çalışqan olacağıq. Allahın izni və inayəti ilə doğru yoldan, mərhum Kral Əbdüləziz və oğulları tərəfindən qurulan bu dövlətin təqib etdiyi yoldan sapmadan getməyə davam edəcəyik. düsturumuz uca Allahın kitabı və Rəsulunun sünnəsidir "deyə açıqlama verib.
Kral Abdullahın vəfatından kədərləndiyini bildirən Səlman, Səudiyyə Ərəbistanı xalqına, Ərəb dünyasına və İslam ümmətinə başsağlığı verib.
Səlman söhbətini, "Allahdan məni xalqımıza xidmət və ümidlərini reallaşdırma nöqtəsində müvəffəqiyyətli etməsini, ölkəmizin güvən və sabitliyinə bütün pisliklərdən qorumasını diləyirəm" deyə bildirib.
Bu arada kral kürsüsünə əyləşməzdən əvvəl müdafiə naziri olan Salman ibn Əbdüləzizin səhhətində problem yarandığı haqda da məlumatlar yaılmağa başlayıb. Deyilənlərə görə, o Alzaymer xəstəliyindən əziyyət çəkir.
Hər nə qədərdə bu barədə məlumatların ölkə mediyasında yayılmasına icazə verilməsədə onun infarkt olduğu və sağ əlinin çətin işlədiyi bəllidir.
O, Səudiyyə Ərəbistanın 7-ci kralıdır və 1935-ci ildə doğulub. Səudiyyə Ərəbistanı dövlətinin qurucu ailəsinin 25-ci oğlan uşağıdır. Kral Salman 3 dəfə evlənib. Onun 10 oğlan, 1 qız uşağı var.
Erkən yaşda siyasətlə məşğul olmağa başlayan kral Salman Riyad valisi olaraq kariyeraya başlayıb. O, 1963-cü ildə işə başlayanda 200 min əhalisi olan şəhərdə indi 7 milyon adam yaşayır.
O, Ər Riyadı səhradan meqopolisə çevirib.
Onun oğulları dövlət idarəçiliyinin ən yüksək pillələrində yer alır. Belə ki, şahzadə Əbdüləziz köməkçi neft naziri, Faysal Mədinə şəhər valisi, San isə ərəb astronavtdır.