YENİ KRAL CİNAYƏTKARI MƏKKƏDƏ EDAM ETDİ
28.01.2015 721 0.0 0

Bu gün Səudiyyə Ərəbistanında 2 Səudiyyə və 1 Pakistan vətəndaşı edam edilib. Səudiyyə Ərəbistanının yeni kralı Salmanın ötən cümə günü taxta çıxandan indiyə kimi 4 nəfər haqqında çıxarılmış ölüm hökmü icra olunub.

Lətif Xan Nurzadə Pakistan vətəndaşı idi. O, Səudiyyə Krallığına gizli yolla heroin gətirməkdə müqəssir bilinib. O, müqəddəs şəhər olan Məkkədə edam edilib. Səudiyyə Ərəbistanının daxili işlər nazirinin bəyanatında bu barədə məlumat verilib.

Edam olunan ikinci şəxs Ömər bin Yəhya bin İbrahim əl-Barkati isə yaxın qohumu ilə cinsi əlaqədə olduğuna görə ölümə məhkum edilib. Daxili işlər naziri onun edamı ilə bağlı belə deyib: “Biz onu asdıq ki, başqalarına yaxşıca dərs olsun“.

Edam olunmuş üçüncü şəxs isə Yasir bin Hüseyn əl-Həmzədir. O, uyuşdurucu həblərin qaçaq yolla ölkəyə gətirilməsində müqəssir bilinib.

“France-Presse” agentliyi qeyd edir ki, son edamları da nəzərə alsaq, bu ilin əvvəlindən Səudiyyədə artıq 16 nəfər ən ağır cəzaya çatıb.

O da bildirilir ki, 2010-cu ildə Səudiyyədə cəmi 27 nəfər edam edilmişdi. Mərhum kral Abdullahın dönəmində isə bu göstərici xeyli çoxaldı. İllik edamlar 80 nəfərə çatdı, ötən il isə 87 nəfər edam edildi.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı edam hökmlərinə görə insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən mütamadi tənqid olunur. İnsan haqlarını pozan ölkələr sırasında Səudiyyə Ərəbistanı öndə gəlir.//AnsPress

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar