Yeni ildə neftin qiyməti
01.01.2016 880 0.0 0

 

Yeni ilin ilk günü dünya birjalarında müxtəlif istiqamətlərdə cüzi bahalaşmalar müşahidə olunur. Məlumata görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən 0.82% bahalaşaraq 37.28 dollara qalxıb.

“Texas” markalı neftin qiymətində də dünənki göstəricilərə nisbətən bahalaşma var. Belə ki, birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 0.44% qalxaraq 37.04 dollar olub.

 

Mənbə: Bloomberg

 

“AzəriLayt” markalı neftin qiyməti isə bayram günləri səbəbindən dəyişməz qalıb: 38,23 dollar.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti də cüzi ucuzlaşma ilə 1 qramı 34,09 dollara düşüb. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

 


Mənbə: Bloomberg

 

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam etsə də bayram müddətində burda da stabillik müşahidə olunacaq. Azərbaycan Mərkəzi Bankının ən son rəsmi məzənnəsi isə belədir: 1 Dollar - 1.5594 AZN, 1 avro 1.7046 AZN, 1 rubl 0.0216 AZN.

 


Mənbə: Azərbaycan Mərkəzi Bankı.

Həmçinin Azərbaycan Mərkəzi Bankı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatların və möhtəkirliyin qarşısını almaq üçün dolların bayram günlərinə olan məzənnəsini açıqlayıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 5 yanvar 2016-cı il tarixi üçün 1.5610 AZN müəyyənləşdirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar