ABŞ-ın Nüvə təhlükəsizliyi üzrə milli administrasiyası və Hərbi Hava Qüvvələrləri 1 iyulun 1-də B61-12 nüvə bombasının birinci uçuş sınağını keçirdib. Məlumata görə, bu haqda idarənin rəsmi saytında xəbər verilib.
Döyüş başlığı olmayan B61-12 atom bombası Nevada şəhərində Tonopa poliqonunda atılıb. B61-12 bombası F-15E qırıcısından atılıb. Bildirilir ki, sınaq müvəffəqiyyətlə başa çatıb.
B61-12 atom bombası
B61-12 60-cı illərdən istehsal edilən B61 bombasının 12-ci modifikasiya olunmuş variantıdır. Modernləşmiş sursatın istehsalı 2020-ci ildə başlamalıdır.İlin sonuna kimi amerkanlılar daha iki test yoxlaması keçirməyi planlaşdırılır.
F-15E qırıcısının fotoları
Nüvə silahı (atom silahı) - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdü./anspress/