Yellen: FED martın 15-də uçot dərəcəsini artıracaq
04.03.2017 803 0.0 0

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq.

 

Məlumata görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib.

 

“Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək””, deyə C.Yellen vurğulayıb.

 

Fevralın 23-də FED  uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

 

Qeyd edək ki, ötən ilin dekabrın 14-də  uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar