Yayı gözləyənlərə QORXUNC XƏBƏR
23.04.2016 1271 0.0 0

Bu il dünyanı rekord dərəcədə istilərin qeydə alınacağı yay gözləyir. Qazeta.info Anspress-in məlumatına 'sas'n bildirir ki, yazın ilk ayı olan mart indiyə qədərki ən qızmar mart rekordunu yeniləyə bilib. Amerikalı elm adamları yay üçün pronozlarını məhz bu rekorddan sonra yenidən veriblər. 

NASA rəsmisi olan Gavin Şmit bu yayın 1800-cü ildən sonra ən qızmar yay olmasının gözlənildiyini deyib. O, elmi araşdıma və ölçmələrin nəticələrini qiymətləndirib.  NASA rəsmisi verilən proqnozların 99 faiz reallığı əks etdirəcəyini deyib. 

NASA nəzdində araşdırma aparan elm adamları 2016-cı ildə gözlənilən istilik rekordlarını müəyyən etmək üçün bu aya kimi müşahidə edilən göstəricilərin kifayət olduğunu bildiriblər. 

Gavin Şmit - NASA-nın iqlim dəyişikliyi üzrə rəsmisi

Amerikalı alimlər bunun səbəbini Əl Nino cərəyanında görürlər. Onlar düşünürlər ki, Əl Nino təbiət hadisəsi ancaq quraqlıq, qızmar hava yox, eyni zamanda şiddətli soyuqlar, sel və fırtınaları da özü ilə bərabər gətirəcək. 

 

   
Onun təsiri ilə bir-birinə çox yaxın regionlarda belə tamamilə fərqli iqlim müşahidə edilə bilər. 

 

Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan Əl Nino 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. Əl Nino cərəyanı Sakit okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildənbir təkrarlanan Əl Nino Sakit okeanın çox qızması nəticəsində yaranır.

Bir müddət öncə İngiltərənin Reading universitetinin elm xadimi Nik Klingaman da 2016-cı ildə dünyanın quraqlıqla mübarizə aparacağını proqnozlaşdımışdı. Onun sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb. "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik". 

 


İsti hava şəraitinə görə parklarda yatan insanlar


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar