İsrail təyyarələri İsraillə Fələstin arasında artan gərginlik fonunda Qəzza bölgəsində yerləşən Həmas hədəflərinə aviazərbələr endirib.
Məlumata görə, Qəzzada 2 nəfər aviazərbənin qurbanı olub, 4 yaralı var, 3 nəfərin isə dağıntılar altında qaldığı güman edilir. Həkimlərin məlumatına görə fələstinli hamilə qadın və onun 3 yaşlı qızı da həlak olub.
İsrail ordusunun nümayəndələri xəbər verir ki, cümə və şənbə günləri Həmas tərəfindən 2 raketin işə salınmasına cavab olaraq İsrail hərbi hava qüvvələri Həmasa aid 2 silah anbarına hücum edib. Bir raket İsrail ərazisində heç bir itki olmadan partlayıb, digəri isə İsrail hərbiçiləri tərəfindən zərəzsizləşdirilib.
Bir az əvvəl İsrail baş naziri Benyamin Netanyahu israillilərin və fələstinlilərin arasında münasibətlərin gərginləşməsinə görə yüzlərlə ehtiyatda olan polislərin səfərbərliyini elan edib. Onun sözlərinə görə ehtiyatda olan polislər Qüdsdə sabitliyi bərpa etmək üçün bu gün xidmətə başlayacaqlar.
Ötən gün isə Qəzza ilə sərhəd yaxınlığında qarşıdurma zamanı israil polisi 2 fələstinli gənci güllələyib.
Son həftə ərzində tərəflər arasında gərginlik daha da artıb. Ötən həftənin bazar günü, İsrail polisi Qüdsdə Köhnə şəhərdə müsəlmanların müqəddəs Əl-Əqsa məscidinə fələstinlilərin girişinə məhduduiyyət qoyub.
Bundan əvvəl küçədə 2 israil vətəndaşına qanlı hücum olub. Digər hadisədə isə 2 israilli yerindəcə bıçaqlanıb. Köhnə şəhərə girişin bağlanması qərarı fələstinliləri narazılığına səbəb olub.
İsraillə Fələstin arasında sonuncu dəfə sülh danışıqları bu ilin aprel ayında baş tutub. Lakin Həmasla aparılan döyüşlərlə əlaqədar danışıqlar dayandırılıb.
Israil endirdiyi hava zərbələri nəticəsində bir azyaşlı həlak olub./anspress/