Yavər Camalov Pakistanda müdafiə sərgisində iştirak edəcək
18.11.2016 613 0
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd noyabrın 22-dən 25-dək Karaçi şəhərində keçiriləcək “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etməkdir.
Səfər çərçivəsində Y. Camalovun Pakistan dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər