Yararsız heyvan cəmdəyi zərərsizləşdirilib
11.04.2017 738 0.0 0

Şəki rayonunda aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətdə aşkarlanan və müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş ümumi çəkisi 46 kq olan heyvan cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.
 
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş iribuynuzlu heyvan əti olması müəyyən olunub.
 
Qərara uyğun olaraq aprelin 10-da aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Şəki rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.
 
Baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar