Yaradan ruhani liderlərlə görüşəcək və onlardan soruşacaq...
08.12.2015 697 0.0 0

Tibetin ruhani lideri Dalay Lama (Tenzin Gyasto) İtaliyanın “La Stampa” qəzetinə müsahibə verib. Məlumata görə, İŞİD terror qruplaşmasından danışan ruhani lider düşməni məğlub etmənin yolunun onunla dostluq qurmaq olduğunu bildirib. 

 

Həmin müsahibəni ixtisarla  oxuculara təqdim edirik: 

-    İŞİD-lə necə dost olmaq olar?
-    Dialoqla, dinləyərək, anlayaraq, qarşındakına hörmət göstərərək. Bunun başqa yolu yoxdur. 
-    Amma İŞİD baş kəsir. Başınız olmasa dinləyəcək qulağınız da olmaz. 
-    O zaman qəlbinizlə dinləməlisiniz. Mərhəmətli olmalısınız, öyrətməlisiniz. Misal üçün, Almaniya miqrantları qəbul edərək, onları bəsləyərək və geyindirərək çox səxavətli hərəkət elədi: amma indi onları öyrətmək vaxtıdır. 
-    Avropa sülh tərəfdarı bir İslamdan da qorxur. Azadlıq, qadın-kişi bərabərliyi kimi əsas dəyərlərini itirmək və şəriətin buralarda da tətbiq olunması qayğısı yaşanır. 
-    Hamının öz dini və öz həqiqəti var. Bir cəmiyyətdə bir çox din və bir çox həqiqət ola bilər. İslam sülh dinidir. Bəzi müsəlmanlar isə öz qardaşlarına və dinlərinə zərər verirlər. 
-    Bağışlayın, dinlər nadir hallarda sülh gətirir. Daha çox müharibələri, ölümləri, səfaləti təşviq edir. 
-    Bir gün Yaradan ruhani liderlərlə görüşəcək və onlardan soruşacaq: Niyə döyüşdün? Mən sizdən bunu istəməmişdim. Müharibələri dayandırmaq üçün dua etmək kifayət deyil. Yoxsa Yaradan mənə, “Pis işlərə son vermək üçünmü mənə dua edirsən? Bunu mən istəmədim, sən istədin və sən də düzəltməlisən” – deyə cavab verə bilər. 
-    Papa Fransisk Çinin reaksiyasından qorxaraq sizi Vatikanda qəbul etmədi. 
-    Heç problem deyil. 

Özündən sonra onun missiyasını davam etdirəcək Dalay Lamanın yaxşı, təsirli bir insan olmasının labüd olduğunu deyən 80 yaşlı ruhani lider, “O füsunkar olmalıdır. Mənim kimi olası deyil ki” – deyərək müsahibəsini zarafatla başa vurub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar