Yaponiyanın ən böyük adası silkələndi
25.01.2018 672 0.0 0

Zəlzələ adadan 103 km şimalda, 64 km dərinlikdə meydana gəlib

 Yaponiyada 6.4 bal gücündə zəlzələ baş verib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, təkanlar Yaponiyanın ən böyük və çox insan yaşayan Honsünün adasında daha çox hiss olunub. Zəlzələ adadan 103 km şimalda, 64 km dərinlikdə meydana gəlib.

Qeyd edək ki, ötən gün Alyaskada da 8.2 bal gücündə zəlzələ baş verib. ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin Alyaskanın Kodiak qəsəbəsindən 280 km cənubda, 10 km dərinlikdə olduğunu açıqlayıb./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar