Yaponiyanın İtoiqava şəhərində 140-dan çox bina yanır
22.12.2016 1129 0.0 0

Yaponiyanın İtoiqava şəhərində 140-dan çox bina alov  içindədir.

 

TASS-a istinadən yayılan xəbərə görə, yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası və özünümüdafiə qüvvələri cəlb olunub. 
 

Tüstüdən zəhərlənmə diaqnozu ilə iki nəfər xəstəxanaya yerləşdirilib. Yanğının baş verdiyi ərazidəki 270 binadan 600-ə yaxın adam təxliyə olunub.
 

Yanğının restoranların birində başladığı bildirilir. Səbəbi bilinməyən yanğının söndürülməsinə güclü külək mane olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar