Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, rəsmi Pxenyanın nüvə-raket proqramının davam etdirməsi şəraitində Şimali Koreya ilə dialoq mənasızdır.
Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Şimali Koreya özünün nüvə-raket proqramını inkişaf etdirirsə, dialoq naminə dialoqun heç bir mənası yoxur”, - deyə yaponiyalı baş nazir parlamentdəki dinləmələrdə qeyd edib.
Yanvarın 9-da Şimali Koreya və Koreya Respublikası şimallıların Pxonçxanda keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməsinə dair razılıq və dialoqun bərpa edilməsinə nail olub. İki Koreya dövləti arasındakı mübahisəli ayrıcı xəttin keçdiyi Sarı dənizdə hərbi insidentlərin qarşısının alınması məqsədilə hərbçilər arasında "Qaynar xətt" bərpa edilib.