Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək
09.03.2018 622 0
Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla görüşmək üçün apreldə Vaşinqtona səfər edəcək.
"İzvestiya"ya istinadən xəbər verilir ki, bu barədə yapon hökumətinin başçısı bildirib.
"Trampla telefon danışığımız olub. Apreldə ABŞ-a səfər edəcəm. Orada prezidentlə Şimali Koreya problemini müzakirə etmək istərdim", - deyə Abe bildirib.
Bu halda o qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasının denuklarizasiyaya hazır olması ilə bağlı dəyişiklikləri qiymətləndirir.
Daha əvvəl Abe rəsmi Pxenyanın danışıqlara hazır olmasına baxmayaraq, Koreya Xalq Demokratik Respublikasına maksimal təzyiq təklifi ilə çıxış edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər