Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $
12.03.2018 886 0.0 0

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb.

Məlumata görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub.

Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb.

Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.

Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar