Yaponiyanın Kanaqava prefekturasında naməlum bıçaqlı şəxsin məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edib.
TASS agentliyinə istinadən verilən xəbərə görə, 45 nəfər xəsarət alıb, onlardan 20-nin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaponiyanın Saqamihara şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.
Kyodo agentliyinə istinadən verilən məlumata görə, bu barədə güc strukturlarındakı mənbə bildirib.
Məlumata əsasən, məhdud imkanlı insanların yaşadığı pansionata hücum edərək onlarla insanları qətlə yetirən şəxs 26 yaşlı Satoşi Uematsu olub.
Mənbəyə görə, onun əvvəllər həmin müəssisədə işlədiyi müəyyənləşib. Hazırda hüquq-mühafizə orqanları qətlin motivini araşdırır.
Satoşi Uematsu məhdud fiziki imkanlı insanların yaşadığı tibb müəssisəsinə hücum edərək 19 nəfəri bıçaqlayaraq qətlə yetirib. Hadisə nəticəsində 20-si ağır olmaqla 45 insan xəsarət alıb./apa/