Yaponiyada güclü zəlzələ baş verib
15.04.2016 624 0.0 0

Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.

 

Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib. Ötən gün Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət alıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar