Yaponiyada `Simmoe` oyandı...
01.03.2018 744 0.0 0

Yaponiyanın Kyusyu adasında Simmoe vulkanında oyanma baş verib.

Məlumata görə, ölkənin Baş Meteoroloji İdarəsi vulkanın yerli vaxtla səhər saat 08.50-də oyanması barədə xəbər yayıb.

Məlumata görə, havaya az miqdarda kül püskürməsi də qeydə alınıb. Ətrafdakı yaşayış məntəqələri üçün ciddi təhlükə olmadığı bildirilir. Vulkana ən yaxın yaşayış məntəqəsi Miyadzaki prefekturası 10 km məsafədə yerləşir.

Qeyd edək ki, sonuncu dəfə Simmoe vulkanı ötən ilin oktyabr ayında püskürüb. Həmin vaxt havaya 300 metr hündürlükdə kül sovrulub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar