Yaponiya sağlam uzunömürlülük üzrə dünya rekorduna imza atıb
30.12.2021 341 0.0 0

Yaponiya sağlam uzunömürlülük - qocaların köməksiz və qayğıya ehtiyacı olmayan yaşı üzrə dünya rekordu qırıb.

“Rg.ru”ya istinadən xəbər verilir ki, bu barədə ölkənin Əmək, Səhiyyə və Rifah Nazirliyi məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, Yaponiyada sağlam uzunömürlülük yaşı həm kişilər, həm də qadınlar üçün dünyada ən yüksək səviyyəyə çatıb. Qadınlar üçün bu 75,5, kişilər üçün 72,6 yaşdır. 2001-ci illə müqayisədə “sağlam uzunömürlülük” yaşı qadınlarda 2,73, kişilərdə isə 3,28 yaş artıb.

Nazirlik həmçinin qeyd edib ki, Yaponiya G7 ölkələri arasında ən yüksək ömür uzunluğuna malikdir. Kişilərdə bu 81,4, qadınlarda isə 87,4 yaş təşkil edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar