Yaponiya KXDR-yə qarşı sanksiya siyahısını genişləndirib
25.08.2017 616 0
Yaponiya Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiya siyahısına dörd Çin və iki Namibiya şirkətini daxil edərək onu genişləndirmək qərarına gəlib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.
Xüsusilə, KXDR-in raket və nüvə proqramları ilə əlbir olmaqda şübhəli bilinən Çin bankı "Dandong" sanksiyalara məruz qalıb. İddiaya görə, siyahıya adı daxil edilən Namibiya şirkətləri KXDR-dən işçi qəbulunda şübhəli bilinirlər. Siyahıya, həmçinin bir Çin və bir KXDR vətəndaşı da düşüb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər