Yaponiya imperatoru Akihito taxtını tərk edəcək
30.04.2019 482 0.0 0

Yaponiya imperatoru Akihito bu gün könüllü şəkildə taxtını tərk edəcək.

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, imperator taxtı böyük oğuluna, varis şahzadə Naruhitoya verəcək.

Bununla əlaqədar olaraq hökmdarın Tokionun mərkəzindəki sarayında unikal – dini və dünyəvi mərasimlər keçiriləcək.

Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşdirilmiş, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək. 

2017-ci ilin dekabrında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar