Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Baykalda boğularaq öldüyü iddia edilən kiçik oğlunun dəfn yeri açıqlanıb. Məlumata görə, Ukraynanın "1+1" telekanalı öz mənbələrinə istinadən dəfnin Krımda baş tutacağını bildirib.
Kanalın məlumatına görə, vida mərasimində ailənin ən yaxın insanları və balaca V.Yanukoviçin dostları iştirak edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da kiçik Yanukoviçin ölümü ilə bağlı iddialardan danışıb. O, deyib ki, Kremldə bu barədə hər hansı məlumat yoxdur.
Xatırladaq ki, Ukraynanın keçmiş prezidentinin oğlunun ölümü haqqında məlumat ötən gün yayılıb. İddialara görə, onun idarə etdiyi mikroavtobus Baykalda batıb. Bu məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Maşında sürücü ilə yanaşı daha 5 nəfər olub. /anspress/