Yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı şəxs tutulub
10.04.2017 614 0
Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da Cəlilabad rayonunun Alar kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs orada işləyən 2 rayon sakinini hədələyərək pul vermələrini tələb edib, onlar qaçdığından oradakı əşyaları sındırıb, seyfi açmağa cəhd göstərib və istəyinə nail ola bilmədiyindən hadisə yerindən gedib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alar kənd sakini, əvvəllər məhkum olunmuş Əliməmməd Hüseynov tutulub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər