Yağış Binəqədi yolunu yenidən iflic etdi- VİDEO
28.09.2017 918 0.0 0

Bu gün Bakının Binəqədi şossesi adlanan yolu yenidən su tutub və uzunmüddətli tıxaç yaranıb.

Qazeta.info xəbər verir ki, hal hazırda qeyd edilən yolda təmir- tikiti işləri tamamlanmaq üzrədir. Xatırladaq ki, az miqdarda yağış yağması nəticəsində dərin gölməçəyə çevrilən bu yol dəfələrlə təmir edilib.

Bildirək ki, yağış suları nəticəsində ciddi probelm yaranan Binəqədi yolu, hər il olduğu kimi bu il də yenidən təmir edilirdi. Demək olar ki, kanalzasiya sistemi yenidən çəkilmiş və hətta biləcəri istiqaməti təzə asfalt örtüyü vurulmuşdu. Lakin bu gecə yağan yağış nəticəsində qeyd edilən ərazidə dərin gölməçələr yaranıb və nəticədə avtomobillərin hərəkətini yenidən iflic olub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar