Məlumata görə, arexeoloqlar Şumerin qədim şəhərlərindən biri olan Kişdə XVII- XV əsrlərin 3500 illərinə aid olduğu düşünülən dünyadakı ən qədim yazılı sənəd tapıblar. Bu qədim sənədin Şumerlilərin yazılarından və Misir heroqlifik-lərindən yüz il əvvəl yazıldığı güman edilir. Bu yeni tapıntı insanların yaradılışı ilə bağlı yeni fikirləri ortaya atıb.
Fikirlərini yazılı dil ilə ötürərək özlərini heyvanlardan ayıran insanlar son 5000 ildə elektriki kəşf etdi, atomu parçaladı, kompüterlər istehsal etdi və Aya ayaq basdı. Bir çox canlı növünün bacarmadığı şeyləri bacardı. Dünyada yer alan heç bir canlı növü bu prosesləri bu qədər qısa müddətdə başa vura bilməzdi. İnsanların təkamülünün digər canlı növlərinin təkamülündən daha gec baş verməsinə baxmayaraq necə olur ki, ancaq insanlar bu qədər inkişaf etdi?
Elm adamlarına görə, insanlar ağıllı olsalar da, dünyada olan çox az şeyə sahib ola biləcək vəziyyətdədirlər. Dünyadakı digər canlı növlərilə müqayisədə insanların qəribə olduğunu fərq etmək olar. Yeni doğulmuş bir at balası təkbaşına gəzə bildiyi halda insan balaları tam çarəsiz vəziyyətdə qalırlar. Qısacası, insanlar həyat üçün hazır olmadan doğurlar.
Dünyadakı insanlar zamanla iki ayaqlı canlılar olmağa başlayıblar. Bu da insanların cisimlərdən fərqli cismlər yaratmaq kimi normalda görülməyən xüsusiyyətlərinin ortaya çıxmasını təmin edib. Amma bunların hamısı üçün çox böyük bir bədəl ödənib. Məsələn, bel ağrısı təkcə insanın yaşadığı bir ağrıdır.
Bu məsələlərlə bağlı müxtəlif kitablar insanların dünya üçün olduqca həssas olduğunu, günəş şüalarından da təsirləndiklərini, təbii yollarla əmələ gəlmiş qidalarla bəslənmələrini qeyd edərək insanların bu dünyadan olmadıqlarını, bu dünyadakı canlılar ilə birlikdə təkamül keçirmədiklərini iddia edirlər. Doktor Ellis Silver öz kitabında insanların bel ağrısı çəkməsinin səbəbi olaraq insanların yer çəkimi dünyadan daha az olan bir planetdə təkmilləşdiyini deyir.
Bəs o zaman biz haradan gəlmişik?
Doktor Vursa görə, insan növü çox yüksək ehtimalla Alpha Centauri kimi başqa ulduz sistemlərindəki növlərlə cütləşərək yaranıb. İnsan növü başqa planetdə və təxminən 60.000 - 200.000 il əvvəl dünyaya gəlib.
Başqa bir təcrübə isə Robert Sepher tərəfindən həyata keçirilib. Sephere görə, insanlar yalnız tək bir atadan yox, hibrid növlərdən əmələ gəlir. Bu təcrübəyə görə, hamı eyni atadan əmələ gəlsəydi bütün qan qrupları bir-biri ilə uyğun olardı. Sepher növlərin yox olduğunu və güclü olanın yerinə keçdiyini idda edir. Sephere görə, insanlar keçmiş mədəniyyətlərin dərin müdrikliyini hələ yeni kəşf etməyə başlayıb./Moderator.az/