Yəməndə vəziyyət yenə gərginləşdi (FOTO)
27.07.2015 627 0.0 0

Yəməndə vəziyyət yenidən gərginləşib.

Məlumata görə, Yəməndə husi silahlıları ilə döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın birgünlük humanitar atəşkəs çağırışını rədd edib. Ölkənin ən böyük Ədən hərbi hava bazası uğrunda yeni döyüşlər baş qaldırıb.

Husilərin komandiri Abdel-Malek Əl Huti Twitter səhifəsində yazıb ki, atəşkəs yalnız 
"İraq Şam İslam Dövləti" (İŞİD) və "əl-Qaidə" terror təşkilatları silahlılarının işinə yarayacaq: "Hazırda döyüşlər davam edir və müharibə hələ başa çatmayıb." 

 


Yəməndə etiraz aksiyası


Husi qüvvələri Taiz şəhərində müvəqqəti sığınmış məcburi köçkünlərə ayrılmış və Dünya Ərzaq Proqramına məxsus humanitar yardımla dolu 16 yük maşınını ələ keçirib. İranın da dəstəklədiyi Husi döyüşçüləri və Səudiyyə Ərəbistanının başçılıq etdiyi qüvvələr Yəmənin əsas liman şəhəri olan Ədəndəki hərbi hava bazası uğrunda döyüşür. Son 4 ayda baza Husi hərəkatının əlində olub. Döyüşlər nəticəsində 3500-dən çox insan həlak olub və bu ilin martında Yəmən prezidenti Əbdu Rabu Mansur Hadi Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub.

 


Səudiyyə Ərəbistanının husilərə qarşı qurduğu k
oalisiya


Bu arada Ərəb Ölkələri Koalisiyasının komandanlığı məlumat verib ki, Yəməndə beşgünlük atəşkəs elan olunub. Atəşkəs dövründə beynəlxalq təşkilatlara humanitar yardımların çatdırılmasına şərait yaradılacaq. 

Yəməndəki siyasi böhranın tarixinə gəlincə, ölkədəki zorakılıqlardan qaçmağa məcbur olan Yəmən prezidenti Səudiyyə Ərəbistanına sığınıb. Bundan sonra Səudiyyə Ərəbistanının liderliyi iolə qurulan hərbi koalisi qüvvələri Yəməndə husi üsyançılarının mövqelərini bombalayıb. Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəkləyib. ABŞ-ın dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışlayıb. Rusiya prezidenti Vladimir Putin isə, iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb.
Hələlik İran husi üsyançılarına dəstək verən yeganə ölkə kimi tanınır. Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb edib.

 

Yəmənin xəritəsi


Avropa və Asiyanın körpüsü, Avropanın neft tankerlərinin əsas dayanacağı Yəmənin 30 milyon əhalisinin əsas hissəsinin etiqadı, ölkənin strateji mövqeyi və malik olduğu bir çox üstünlüklərə görə dünyanın diqqət mərkəzindədir. Şərqdən Ərəb dənizi, cənubdan Ədən körfəzi və cənub-qərbdən Babəl-Məndəb boğazı, qərbdən isə Qırmızı dənizlə əhatələnməsi Yəməni unikal strateji mövqeyə çıxarıb. Yəmən Ərəbistan yarımadasının ikinci böyük dövlətidir. 1992-ci ildə neft hasilatı 69 milyon barel olan ölkədə 1993-cü ildə açıqlanan neft ehtiyatları 2 milyard 10 milyon barel, təbii qaz ehtiyatları isə 430 milyard kubmetrdir. 

1990-cı ildə yenidən birləşən Yəməndə qarşıdurmalar 2000-ci illərin əvvəlindən genişlənməyə başlayıb. 2004-cü ildən isə münaqişələr daha da alovlandırılıb. Bu dövrdə ABŞ, İsrail rejimi və Səudiyyənin Yəmənə təsir imkanları kifayət qədər geniş idi. 2012-ci ildə bu 3 ölkənin himayəsilə Mənsur Abdurabbu Hadi prezident kürsüsünə gətirilir. Vəzifəyə gəldiyi ilk gündən himayədarlarının dəstəyilə “əl-Qaidə” terror təşkilatına dolayı yollarla dəstək verən M.A.Hadi, ölkədəki Əhli-Beyt (ə) ardıcıllarına qarşı təzyiqləri gücləndirməyə başlayır. Məhz ölkənin belə bir taleyüklü anında səhnəyə “Ənsarullah” Husilər Hərəkatı çıxıb.

 

Yəmən böhranı


2014-cü ilin sentyabrında Husilərin təzyiqlərinə tab gətirməyən Yəmən hökuməti istefaya gedir. Bu, Hadi dönəminin ilk ciddi hökumət böhranı idi. Zatən dayaqlarının xalqdan olmadığını yaxşı anlayan, artıq hakimiyyət sütunlarının laxladığını hiss edən Hadi, təcili olaraq ABŞ və Səudiyyə rejimi ilə danışıqlara başlayır. 2015-ci ilin yanvarın 22-dən "Ənsərullah" Husilər Hərəkatının lideri Əbdül Malik Husi inqilabi və siyasi xadimlərdən ibarət Prezident Şurası təsis edir. Onun təklifi ilə şuraya ordu, təhlükəsizlik orqanları və xalq komitələri daxil edilir. Həmin ilin fevralın 10-da "Ənsarullah" Husilər Hərəkatı və Yəmənin digər siyasi qüvvələri BMT-nin vasitəçiliyi altında keçirilən danışıqlardan sonra ilkin razılaşmaya gəlirlər. Müzakirələrdə parlamentin fəaliyyətinin bərpa edilməsinə dair razılıq əldə edilsə də M.A.Hadi fevralın 23-də ölkənin cənubuna qaçır.

Beləliklə, husilərin bölgədə Fələstin xalqının maraqlarını qoruyacağını, İslam düşmənlərinə qarşı daim müavimətdə olacaqlarını bildirməsi xarici qüvvələri çox narahat edir. Təbii ki, husilərin qələbəsi dünya siyasətində siyasi proseslərin yönünü dəyişə biləcək qədər tarixi hadisə ola bilər. /anspress/

 


Husilər qələbəyə hazırlaşır


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar