Yəmənin liman şəhəri olan Hudey şəhərində '' Husi əleyhdarı '' yürüyüş təşkil edib.
Cümə namazından sonra şəhərin Sana Prospektində toplanan yüzlərlə adam, Ensarullah Hərəkatı (Husilər) və İrana etiraz edib.
Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Etiraz aksiyasında Husilərin ölkə siyasətinə müdaxiləsini '' zərbə '' olaraq qiymətləndirən etirazçılar, İranı Yəmənin daxili işlərinə qarışmaqda ittiham ediblər.
Etrazlarda həmçinin əvvəlki nümayişlərdə həbs olunan Husi əlehtarlarının azadlığa buraxılmasını tələb olunub.
Xatırladaq ki, Paytaxt Sanada 21 Sentyabr 2014-cü ildə hakimiyyəti ələ keçirən Husilər, Hudey şəhərində təşkil edilən aksiyalarda həqiqi güllədən istifadə edərək müdaxilə etmiş və bir çox əlehdarlarıhəbs etmişdilər.
Əlavə olaraq bildirək ki, uzun müddət siyasi böhranın yaşandığı Yəməndə hökumət və prezident Abdurabbu Mansur Hadinin yanvar ayında istefa etdiyi haqda açıqlama verdikdən sonra Husilər ölkədə idarəetməni tam ələ alaraq 6 Fevralda Parlamenti buraxdıqlarını elan etmişdilər.