Yəməndə ABŞ-a məxsus PUA vurulub
02.10.2017 622 0
Yəmənin paytaxtı Sənada ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
“Sinxua” agentliyinə istinadən verilən xəbərə görə, PUA-nın üsyançı husilər tərəfindən vurulduğu bildirilir. Kəşfiyyat uçuşu həyata keçirən aparat paytaxtının şimalında vurulub.
Yəməndə üsyançı husilər ("Ənsər Allah" hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər