Yəməndə `Əl Qaidə`nin bir neçə lideri tutulub
23.04.2017 691 0.0 0

Yəmən ordusunun terrorla mübarizə birləşmələri ölkənin Hardamaut əyalətində “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin səhra komandanlığının üzvlərinin saxlanılması əməliyyatını həyata keçiriblər. “TASS”a istinadən verilən xəbərə görə, bu barədə Yəmən hökumətinə dəstək verən ərəb koalisiyasının qərargahından bildirilib.   

 

Məlumata görə, xüsusi təyinatlılar və aviasiyanın cəlb olunduğu əməliyyat aprelin 22-nə keçən gecə keçirilib. Nəticədə  “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin bir neçə başçısını saxlamaq mümkün olub. Onların əksəriyyətinin əcnəbi muzdlu olduğu bildirilir. Radikallar ölkənin cənubunda bir neçə terror aktı hazırlayırmış. Terrorçulardan çoxlu sayda silah-sursat, texnika və partlayıcı qurğu götürülüb.

 

Saxlanılanlar arasında qruplaşmanın  “Əz Zərkaui” ləqəbi  ilə tanınan liderinin də olduğu bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar