Yəmən ordusuna ağır zərbə vuruldu
31.03.2015 698 0.0 0

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin koalisiyası Yəməndə 33-cü Briqadanın mövqelərini bombalayıb. 

Məlumata görə, husilərin tərəfinə keçən briqadanın itkiləri barədə açıqlama verilməyib. 

Qeyd edək ki, husilər və keçmiş prezidenti Əli Abdullah Saleh tərəfdarı olan general Abdullah Dabanıın rəhbərlik etdiyi briqada 6 gün davam edən döyüşlərdən sonra dünən Dali şəhərini ələ keçirmişdi. 

Ərəb ölkələri də məhz bu şəhərə hava zərbələri endirib. Yəməndəki yerli qaynaqlar bombardman sonrasında bölgədən dəqiq məlumat ala bilmədiklərini bildiriblər. 

Qeyd edək ki, Yəməndə husilərin üsyanı qələbə ilə başa çatandan sonra ərəb ölkələri hərbi koalisiya yaradıb./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar