Yəmən bombalanı- 45 ölü
30.10.2016 539 0.0 0

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dünən axşam Yəməndə qiyamçı husilərin nəzarətində olan Xodeyda şəhərinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

 

“Reuters” agentliyinə istinadən verilən məlumata görə, ölənlər arasında qiyamçılar, o cümlədən Xodeyda şəhəri yaxınlığında yerləşən həbsxanadakı məhbuslar var.

 

Həbsxanada 80 məhbus olub. Aviazərbə zamanı həbsxanada 3 güclü partlayış baş verib.

 

Qeyd edək ki, bundan əvvəl aviazərbə nəticəsində 30 nəfərin öldüyü barədə məlumat yayılmışdı. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar