İranın Cənubi Azərbaycan əyalətində, Xudafərin tərəfdə yaşı 3000 min ildən çox olan mumya tapılıb.
Qazeta.info olkə.az-a istinadla xəbər verir ki, Cənubi Azərbaycan ərazisində 2010 ildə indiki İranın tərkibində olan Qərbi Azərbaycan ostanında, Qızıllı kəndi yaxınlığında təsadüfən qədim Azərbaycan dövləti padşahlarından birinin mumiyası tapılıb.
Bu nadir tapıntı Xudafərin su anbarı üçün qazıntı işləri görülən zaman aşkar edilib. Bir neçə min il əvvəl Azərbaycan ərazisində dövranını sürmüş padşahın mumiyalanmış cəsədi bir həvəskar tərəfindən videolentə alınıb.
Videodan göründüyü kimi bu nadir tapıntının üzərində qədim mixi yazıları ilə yazılmış kitabə mövcuddur. Cəsədin başına geyindirilmiş tac qızıldandır və olduğu kimi qalıb. Cəsədin yerləşdirildiyi tabut da qızıldandır.
Onun yanına qədim döyüş silahı olan nizə qoyulub. Cəsədin baş tərəfində, sağda isə qızıl sandıqça qoyulub. Başında olan tac, onun nizəsi, üzərindəki kitabələr və sandıqça qiymətli daşlarla bəzədilib.
Bu əlamətlər qəti olaraq müəyyənləşdirməyə imkan verir ki, mumiyalanmış cəsəd bir zamanlar bu ərazidə hakimiyyət başında olan ünlü padşahlardan biri olub. İlkin dəyərləndirməyə görə bu mumiyanın yaşı üç min ildən artıqdır.
Əgər İran tərəfi abidəni məxfi qrifi altından çıxarsa, mumiyanın öyrənilməsi bölgənin tarixi ilə bağlı məqamlara mühüm dəqiqləşdirmələr etməyə imkan verəcək.