Xoşqədəm mənə «kocacıqım» deyəndə ölürəm
08.02.2016 953 0.0 0

Aparıcı Xoşqədəm Baxşəliyeva və türkiyəli ifaçı Doğuşun əkiz övladlarından biri oğlandır.

 Qazeta.info Big.az-a istinadla xəbər verir ki, bu barədə Doğuş "Söylemezsem olmaz" verişində deyib.

Doğuş Xoşqədəmlə ilk tanışlığından danışıb:

"Menecerim Onur mənə zəng vurdu ki, Bakıda uşaq evi var oranı ziyarət etməliyik. Bir kanal dəvət edir bizi. Bir məbləğ dedim ki, həmin məbləği uşaq evinə göndərsələr qəbul edərəm. Təklifimi qəbul etdilər və təyyarə ilə 3-müz getdik. Əlil uşaqlara Xoşqədəmin davranışını görəndə təsirləndim. Öz-özümə dedim ki, bir mələk gördüm deyəsən. Çox gözəl qadındır dedim. Təbii ki, gedib çox gözəlsiniz demədim. Amma ona evlilik təklifi etdim. İnsanları tanımaq dənizdən bardaqla su boşaltmağa bənzər. İnsanları tanımaq olmur, amma hisslərinlə davransan mümkündür ancaq. Ona görə istəyirik ki, sevgimizi həmişə isti saxlayaq. Xoşqədəm 5 aylıq hamilədir. Biri oğlandır, amma o birini bilmirik. Xoşqədəm qız istəyir, mən də oğlan istəyirəm. İki oğlumuz olsun istəyirəm. Xoşqədəm mənə "kocacığım deyəndə ölürəm, Allah deyirəm. Eşq çox qəribə bir şeydir. Eşq bütün dilləri həll edər. Mən onun Azərbaycan dilində olsa belə nə demək istədiyini dərhal anlayıram". 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar