Xodorkovski Böyük Britaniyada siyasi sığınacaq almağı düşünür
23.12.2015 569 0
YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski Böyük Britaniyada siyasi sığınacaq almağı düşünür.
Məlumata görə, bu barədə M. Xodorkovski bbc-yə bildirib.
“Bir neçə variant haqqında düşünürəm. Onların arasında Britaniyada siyasi sığınacaq almaq da var”, deyə M. Xodorkovski.
Xatırladaq ki, ötən həftə Rusiya İstintaq Komitəsi xaricdə olan M. Xodorkovskiyə qarşı iki və daha çox adamın qətlinin təşkili ilə bağlı ittiham irəli sürüb. İstintaqın versiyasına əsasən, M. Xodorkovski ötən əsrin 90-cı illərində tabeliyində olan şəxslərə Nefteyuqansk meri Vladimir Petuxovla biznesmen Yevgeni Rıbinin qətlinin təşkilini sifariş edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər