Eyvaz Balakişiyev Xocəvənd rayonunun işğal altındakı Əmralılar kəndindəndir. О, 23 il əvvəl doğma kəndi işğal olunanda keçmiş Martuni rayonunun polis şöbəsinin tərkibində kəndin müdafiəçilərindən biri olub. Eyvaz deyir ki, oktyabrın 2-i erməni silahlı birləşmələri əcnəbilərdən ibarət muzdlu ordunun da köməyi ilə Muğanlı, Əmralılar və Kropatkino kəndlərinə eyni vaxtda hücum edir. Qeyri bərabər döyüşdə 37 şəhid verən Azərbaycan ordusu geri çəkilməyə məcbur olur.
Keçmiş döyüşçü Eyvaz Balakişiyev
Müsahibə verən Eyvaz Balakişiyev bildirib ki, kəndin işğalı vaxtı adi qumbaraatan da olmayıb ki, qarşı tərəfin texnikası vurulsun. Keçmiş döyüşçü rayonun işğal olunmasının səbəbini həmin dövürdə vahid komandanlığın və ixtisaslaşmış hərbiçilərin olmamasında görür. "Bir avtomat 30 patron tutur 15-ni atırdı sonra 15-ni tullayırdı. Təlim keçmiş uşaqlar yox idi"-deyə keçmiş döyüşçü bildirib.
Xocavəndin işğalının 23 illiyi ilə əlaqədar rayon ictimayəti, hərbiçilər, məktəblilər əvvəlcə şəhidlər xiyabana gəlib şəhid olanların abidəsi önünə gül dəstələri düzdü.
Daha sonra anım mərasimi Xocavənd qəsəbəsində bayraq meydadında davam etdi.
İşğala həsr olunmuş ədəbi-bədii kompozisiya
Tədbir rayon mədəniyyət evinin və məktəblilərin hazırladığı ədəbi bədii kompozisiya ilə yekunlaşdı./anspress/