Azərbaycan 1992-ci ilin fevralında törədilmiş Xocalı qətliamının iştirakçıları barədə beynəlxalq axtarış elan edib. Məlumata görə, hadisələrdə günahkar olan 39 nəfər haqqında axtarış elan olunub.
"Xocalı soyqırımını etmiş 39 nəfəri cinayət məsuliyyətinə cəlb etmək üçün onlar barədə həbs qəti imkan tədbiri seçilib və onlar haqda axtarış elan edilib", - deyə bu barədə Milli Məclisdə hərbi prokurorluğun xüsusi araşdırmalar şöbəsinin rəisi Rauf Məmmədov bildirib.
Hərbi prokurorluq
Onun sözlərinə görə, Azərbaycan müstəntiqləri cinayətin törədilməsində şübhəli 231 nəfərin olduğu yerləri dəqiqləşdirmək istiqamətində işini davam etdirirlər.
Məmmədov xatırladıb ki, Xocalıda baş verən cinayətlərlə əlaqədar 1992-ci il fevralın 27-də Qarabağ rayonlararası prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban verib.
Xocalı soyqırımı
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 iradələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib.
Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. /anspress/