Xızıdakı avtobusun qəzasında yaralanan 11 yaşlı uşağın vəziyyəti ağırdır
30.05.2016 506 0.0 0

Xızıda avtobusun aşması nəticəsində xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilən 2 nəfərdən biri uşaqdır. Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov açıqlamasında deyib ki, 2005-ci il təvəllüdlü  Nigar Kazımlının vəziyyəti nisbətən ağırdır. Onun sözlərinə görə, digər xəsarət alan, 1964-cü il təvəllüdlü İndira Mollayeva körpücük sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya gətirilib və travması o qədər də ağır deyil: “Hazırda onların hər ikisi reanimasiyadadır. Nigar Kazımlının vəziyyəti nisbətən orta-ağırdır”.
 
Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev  hadisə baş verəndən sonra xəstəxanaya 8 xəsarət almış şəxsin gətirildiyini deyib. Onun sözlərinə görə, xəsarət alanlardan biri dünyasını dəyişib, 1 nəfərin stasionar müalicəyə ehtiyacı olmayıb. Digər 1 nəfər isə ilkin tibbi yardım aldıqdan sonra özü gedib: “Hazırda xəstəxanada 5 nəfərin müalicəsi aparılır. Onlardan birinin - Talıbov Vaqif İlyas oğlunun vəziyyəti ağırdır, komadadır".
 
Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar