Xırdalanda partlayış baş verən binada xilasetmə əməliyyatı başa çatıb
Ötən gün Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.
Məlumata görə, hadisə yerində işləyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altında qalmış 8 yaşlı Aydan Abbasovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bununla da, hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, hadisə baş verən yerdə xüsusi texnikalarla işləyən FHN əməkdaşları 8 yaşlı Aydan Abbasova tapılmayacağı təqdirdə axtarış-xilasetmə işlərinin səhərə qədər davam edəcəyini bildirmişdilər.//ANS PRESS