Xırdalanda evdən növbəti dəfə xanım meyiti tapılıb
17.06.2015 693 0
Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, FHN “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1944-cü il təvəllüdlü Rəcəbova Masaxanım Muradxanovna mənzildə bağlı qapı arxasında qalmışdır.
Məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. M.Rəcəbovanın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:40-da başa çatmışdır.
Məlumata görə, 14 iyun tarixində FHN xilasediciləri tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1968-ci il təvəllüdlü İsayeva Afaq Əlibaba qızının da bağlı qapı arxasında cəsədini aşkar olumuşdu.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər