Xilas olunan neftçi danışdı – VİDEO
05.12.2015 850 0
“Dalğanın hündürlüyü 8 metr idi”.
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı 30 nəfərin axtarışları davam edir.
Atv.az-a istinadən verilən xəbərə görə, yanğın zamanı xəsarət alan 29 nəfər Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib, xəsarəti yüngül olanlar artıq evə buraxılıblar.
Yaralılardan biri baş verən faciədən danışıb:
“Qayıqlara minib oturduq, bundan sonra da FHN gəldi bizi xilas etdi. Orda olanların dəqiq siyahısını deyə bilmərəm, amma hər halda 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa bilmirdi”./azxeber.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər