XİN: Moskva Putin və Trampın görüşünü keçirməyə hazırdır
20.04.2017 741 0.0 0

Rusiya tərəfi RF və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünü keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

S.Ryabkov bildirib ki, Moskva belə görüşün təşkilinə hazır olduğunu təsdiq edir:

"Ötən həftə Rusiyada səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson da Birləşmiş Ştatların yeni administrasiyasının da bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bildirdi. Lakin liderlərin görüşünün uğurlu olması üçün hazırlıq yaxşı səviyyədə olmalıdır".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar