Xanımı güllələyən həbs olundu
03.03.2015 744 0.0 0

Qazeta.info bildirir ki, Qazax rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən “isti izlərlə” həyata keçirilmiş təxirəsalınmaz  istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. 

Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulmuşdur.

İstintaq zamanı H.Veyisovun qeyd edilən tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A. Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar