Ukrayna parlamentinin deputatı, 24 yaşlı Alyona Koşoleva mətbuata verdiyi ilk müsahibəsində biabır olub.
Məlumata görə, Radikal Partiyanın deputatına jurnalist Vasil Krutçak ona yanıldıcı sual verərək Kiyevin mərkəzində Lenin heykəlinin niyə sökülmədiyini soruşub. Deputat qız Leninin heykəlinin bir il qabaq söküldüyünü bilməyərək, abidənin mütləq sökülməsini tələb edib.
O hətta bir qədər irəli gedərək həmin heykəlin yerində kazak atamanı Boqdan Xmelnitskiyə heykəl qoymağı təklif edib. Halbuki, Boqdan Xmelnitskinin heykəli hələ 19-cu əsrdə Kiyevin Sofiya meydanında qoyulub və Kiyevin vizit kartıdır.
İndi Ukrayna cəmiyyəti 24 yaşlı savadsız bir qızın necə deputat seçilməsi üzərində baş sındırır. O, partiyanın seçki siyahısına 13-cü adam kimi daxil edilib. Partiya lideri Oleq Lyaşko bunu Xarkov hərbi hospitalında yaralı əsgərlərə könüllü qulluq etməsi ilə izah edib. /anspress/
Qazeta.info həmin videonu sizə təqdim edir: